Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi “Respublika üzrə bir sıra təhsil müəssiələrində cari təmir işlərinin satınalınması üzrə” daha 2 tenderin və “Bakı şəhəri 7 nömrəli peşə liseyinin, Göyçay rayonu, Çaxırlı kənd və Cəlilabad rayonu, Dələli kənd ümumi orta məktəblərinin əsaslı təmiri işlərinin satınalınması” tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, hər üç tenderin qalibi “VK GROUP N1” MMC, ikinci tenderin qalibi “İTES Company” QSC olub.
Qurum şirkətlə müvafiq olaraq birinci tender üzrə 520 695 manat, ikinci tender üzrə 493 848 manat, üçüncü tender üzrə 971 792 manat dəyərində müqavilə imzalanıb.
Bağlanmış müqavilələrin ümumi dəyəri 2 015 062 manat təşkil edir.