Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi növbəti tenderin nəticələrini elan edib.
FED.az xəbər verir ki, "Sanitar gigiyena xidmətlərinin (deratizasiya, dezinseksiya və dezinfeksiya) göstərilməsinin satın alınması" tenderinin qalibi "Ecomedi" QSC (VÖEN: 1505088721) olub.
Qalib şirkətə 3 680 094 manat ödəniləcək.
Qeyd edək ki, "Ecomedi" QSC daha öncə "Yeni Klinika" PHŞ-nin 29 682 manat dəyərindəki "Dezinfeksiya, dezinseksiya və deratizasiya işləri ilə bağlı xidmət" tenderinin qalibi seçilib.
"Ecomedi" QSC 16.06.2020 tarixində dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 2000 manatdır. Qanuni təmsilçisi Fəzail Məmmədov Maarif oğludur.
Hüquqi ünvanı Az1069, Bakı Şəhəri Nərimanov Rayonu, Ziya Bünyadov, Ev Bina5, Mərtəbə 4, Məh.1965-də yerləşir.