Ədliyyə Nazirliyi xüsusi geyim formalarının alınması ilə bağlı tenderin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi "Evim Tekstil" MMC (VÖEN: 1402660101) olub.
Şirkətlə 552 981 manat məbləğində satınalma müqaviləsi imzalanıb.
Qeyd edək ki, "Evim Tekstil"MMC bundan əvvəl İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi ilə 956 009 manat dəyərindəki "Dövlət vergi orqanlarının vəzifəli şəxslərinin xüsusi geyim forması və fərqləndirmə nişanlarının satın alınması" tenderi üzrə müqavilə bağlayıb (23.09.2022).