Ədliyyə Nazirliyi növbəti tenderin nəticələrini elan edib.
FED.az xəbər verir ki, "Ədliyyə Nazirliyinin struktur qurumlarına dəftərxana ləvazimatlarının və kartriclərin satınalınması" tenderin qalibi "Antaris" QSC olub.
Qalib şirkətə 225 452 manat ödəniləcək.
Qeyd edək ki, "Antaris" QSC 2021-ci ildən indiyədək 33 tenderin qalibi seçilib.