DİN Daxili Qoşunlar Baş İdarəsi növbəti tenderin nəticələrini elan edib.
FED.az xəbər verir ki, qalib “Esen Tekstil” MMC (VÖEN: 1007376401) olub
Şirkətlə 2 125 640 manat məbləğində müqavilə imzalanıb.
- Nazirlik "Esen Tekstil"ə 1,3 milyon manatlıq sifariş verdi - TENDER NƏTİCƏSİ
-
Nazirlikdən "Esen Tekstil"ə 6 milyon manata yaxın sifariş - TENDER NƏTİCƏSİ
Müavilədə 2023-cü il üçün uzunboğaz botinkaların, rezin çəkmələrin, idman, qış, yay ayaqqabılarının və kazarma başmağının satın alınması nəzərdə tutulur.
Qeyd edək ki, “Esen Tekstil” MMC bundan əvvəl nazirliklə 2 298 387 manat dəyərindəki, "2023-ci il üçün baş geyimlərinin, xüsusi paltarların, dəsmalların, yataq və hərbi ləvazimatlarının satın alınması" tenderi üzrə müqavilə bağlayıb (05.04.2023).