Energetika Nazirliyi " Nazirliyin Aparatının balansında olan avadanlıqlara texniki dəstək xidmətinin satın alınmasına dair” tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi “Bakinity Distribution” MMC olub. Şirkətlə 29 min 900 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, şirkət bundan əvvəl də Elm və Təhsil Nazirliyinin 3 min 090 manat məbləğindəki “Elm və Təhsil Nazirliyinin aparatı üçün printerlərin satın alınması” (18.11.2022) tenderini qazanıb.