Bakı Apellyasiya Məhkəməsi "Bakı Apellyasiya Məhkəməsinin inzibatı binasının cari təmiri və kompüter avadanlıqlarının cari təmiri” tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi “Azinqrup” MMC olub. Şirkətlə 53 min 320 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, şirkət bundan əvvəl də Qazax Rayon Mərkəzi Xəstəxanasının 56 min 620 manat məbləğindəki “LDU-nun 2-ci tədris korpusunun əsaslı təmiri” (31.08.2022) tenderini qazanıb