Müdafiə Nazirliyi “Azərbaycan Ordusunun (Hadrut, Kəlbəcər və Laçın zonaları üzrə) hərbi hissələrinin şəxsi heyətinin camaşırlarının yuyulması xidmətinin satın alınması” tenderinin nəticələrini elan edib.
Nazirlik televizorlar alır - SİYAHI - TENDER ELANI
Dövlət qurumu uzunboğaz çəkmə alir - 35 MİN CÜT! - TENDER, DETALLAR
FED.az xəbər verir ki, tenderin qalibi “Agna” MMC olub.
Qalib şirkətə 1 082 886 manat ödəniləcək.
Bağlamış müqaviləyə əsasən Hadrut zonası üzrə 550 000 kg camaşırların yuyulması, Kəlbəcər zonası üzrə 520 000 kg camaşırların yuyulması və Laçın zonası üzrə 260 000 kg camaşırların yuyulması xidməti satın alınacaq.
Qeyd edək ki, “Agna” MMC 2008-ci ildə yaradılıb, nizamnamə kapitalı 10 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Aqşin Əli Akif oğludur. Hüquqi ünvanı AZ1022, Bakı şəhəri Nəsimi rayonu, Sarabski, ev 41, m. 42 ünvanında yerləşir.