Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi “Respublika üzrə bir sıra təhsil müəssisələrində yanğın su hovuzlarının əsaslı təmiri işlərinin satınalınması” tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi “RRM TƏMİR-TİKİNTİ” olub. Onunla 1 milyon 500 min 714.07 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, şirkətlə bundan əvvəl həmin qurumun 497 min 679.75 manat dəyərindəki “Ümumi təhsil məktəblərinin istifadəsində olan şagird partası dəstlərinin təmiri işlərinin satın alınması“ tenderi üzrə müqavilə imzalanıb (23.12.2022) .