Maliyyə Nazirliyi qeyri-yaşayış sahəsinin icarəsi xidmətinin satın alınması ilə bağlı keçirdiyi tenderin nəticəsini açıqlayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderin qalibi fiziki şəxs Əşrəf Səxavət oğlu Səfərov seçilib.
Qalib şəxslə 1 073 010 manat məbləğində müqavilə imzalanıb. Qeyd edək ki, tenderin ehtimal olunan qiyməti 1 133 250 manat təşkil edirdi.
Məlumat üçün bildirək ki, Əşrəf Səfərov dövlət qurumlarına icarə xidmətləri göstərən əsas şəxslərdən biridir. O, bundan əvvəl də bir neçə iri məbləğli icarə tenderinin qalibi olub:
"Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi" ilə 3 sentyabr 2024-cü il tarixində 2 740 604 manatlıq;
"DOST İş Mərkəzi" MMC ilə 2020-2024-cü illər ərzində ümumi dəyəri 2 milyon manatdan çox olan bir neçə icarə müqaviləsi (853 710 manat, 426 855 manat, 249 600 manat və s.) imzalayıb.












