Sumqayıt Şəhər İcra Hakimiyyəti bir mənbədən satınalma metodu ilə müqavilə imzalayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderin predmeti İcra Hakimiyyəti başçısının 4 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin inzibati binası üçün icarə xidmətinin satın alınmasıdır. Müqavilənin məbləği 10 800 manat təşkil edir.
Müqavilə fiziki şəxs İbrahimov Faiq Valeh oğlu ilə bağlanıb.












