Vergilər Nazirliyinin 12 saylı Ərazi Vergilər Baş İdarəsində ekspert və mütəxəssis rəyinin alınması üçün keçirdiyi tenderin qalibini açıqlayıb.
Eləcə də bax: Fondun qiymətli kağızlarla bağlı 200 milyonluq əməliyyatların - BU ŞİRKƏT APARACAQ
FED.az xəbər verir ki, tenderi Ticarət və Sənaye Palatası “Azərekspertiza ” Birliyi qazanıb.
Dövlət qurumu ekspert və mütəxəssis rəyinin alınması üçün şirkətlə 4800 manat məbləğində müqavilə bağlayıb..
Müqaviləyə əsasən, şirkət Səyyar və Operativ vergi yoxlamaları zamanı kontraktın daş karxanalarında, un dəyirmanlarında və tekistil işlərində əmtəənin məhsulun kəmiyyət və keyfiyyətinin, keyfiyyəyin itirilməsi nəzərə alınmaqla sığortaçıya dəyən zərərin, daşınar, daşınmaz əmlakın və malların qiymətləndirilməsi, alqı-satqı və girov səhmləşdirmə məqsədilə girov qoyulmuş əmlakın bazar qiymətinin müəyyən edilməsi, girov qoyulan əmlakın və ya malların kəmiyyətinin, keyfiyyətinin və dəyərinin təyin edilməsi məqsədilə ekspert və mütəxəsis rəyininin verilməsi xidmətlərini yerinə yetirəcək.