İpoteka və Kredit Zəmanət Fondu (İKZF) qiymətli kağızlarla bağlı elan etdiyi tenderin qalibini açıqlayıb.
Eləcə də bax: Azərbaycanda aqrar - SIĞORTA EKSPERTLƏRİ HAZIRLANACAQ
FED.az xəbər verir ki, tenderi "BTB Kapital İnvestisiya Şirkəti" ASC qazanıb.
İKZF qiymətli kağızlar ilə aparılan əməliyyatlarla bağlı 12 aylıq müştəri sifarişlərinin qəbul və icra edilməsi üzrə xidmətlərin satın alınması üçün investisiya şirkətinə 10 min manat ödəyəcək.
Qeyd edək ki, əməliyyatların həcmi 200 milyon manat məbləğində nəzərdə tutulub.