Səhiyyə Nazirliyi " Salyan Rayon Mərkəzi Xəstəxanasının Doğum evinin və Uşaq Xəstəxanasının əsaslı təmiri və tibbi avadanlıqla təchiz edilməsi (tibbi avadanlıqların alınıb quraşdırılması), ”Bakı şəhəri, Səbail rayonunun Badamdar qəsəbəsində xəstəxananın tikintisi və tibbi avadanlıqlarla təchiz edilməsi” (tibbi avadanlıqların alınıb quraşdırılması) və “Samux Rayon Mərkəzi Xəstəxanasının tikintisi və tibbi avadanlıqla təchiz edilməsi (tibbi avadanlıqların alınıb quraşdırılması)” tenderlərinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, birinci tenderin qalibi "AZMEDTECH" Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Şirkətlə bu tender üzrə 3 milyon 618 min 224 manat dəyərində müqavilə imzalanıb.
İkinci tenderin qalibi "AVANT-GARDE PHARMA" şirkəti olub. Həmin şirkətlə 3 milyon 453 min 419 manat dəyərində müqvailə imzalanıb.
Üçüncü tenderin qalibi yenə "AZMEDTECH" şirkəti olub. Bu tender üzrə şirkətlə 4 milyon 782 min 387 manat dəyərində müqvailə imzalanıb.
Hər 3 tenderin ümumi dəyəri isə 11 milyon 854 min 030 manatdır.