Tikilməkdə Olan Meliorasiya Və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti “Lənkəran rayonu ərazisində su təsərrüfatı obyektlərinin bərpası və rayon ərazisindəki çaylarda sahilbərkitmə işləri daxilində nəzərdə tutulan obyektlərin tikintisi” (Viravulçay çayı)” tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi "TNN" QSC şirkəti olub. Şirkətlə 2 milyon 114 min 871 manat məbləğində müqavilə imzlanıb.
Qeyd edək ki, şirkət bundan əvvəl də qurumun 1 milyon 679 min 794 manat dəyərindəki “Zaqtala rayonu ərazisində Tala, Muxax, Qanıx, Katex və Digər çaylarda sahilbərkitmə işləri (Muxax və Katex çayları üzrə)” (04.10.2022) və 401 min 239 manat dəyərindəki “Qax rayonunun Lələli kəndi ərazisində Sərhəd zastavasının Qanıx çayının sel sularından mühafizəsi” (04.10.2022) tenderlərini qazanıb.