Təhsil Nazirliyinin təsərrüfat hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi yarım milyonluq tenderlərini açıqlayıb.
Eləcə də bax: Fondun qiymətli kağızlarla bağlı 200 milyonluq əməliyyatların - BU ŞİRKƏT APARACAQ
FED.az xəbər verir ki, tenderləri "Labdisc Azərbaycan" QSC və "Tikinti-Təmir-Təchizat-Bərpa" QSC qazanıb.
Nazirlik "Labdisc Azərbaycan" QSC-yə Fizika, kimya və biologiya kabinetləri üçün mobil rəqəmsal laboratoriya avadanlığı dəstlərinin satın alınması üçün 529 min 486 manat, "Tikinti-Təmir-Təchizat-Bərpa" QSC-yə standart tipli fizika, kimya və biologiya laboratoriyası dəstlərinin satın alınması üçün 548 min 579 manat ödəyəcək.
Nazirlik ümumilikdə "Labdisc Azərbaycan" QSC və "Tikinti-Təmir-Təchizat-Bərpa" QSC-yə 1 milyon 78 min 65 manat ödəyəcək.