Müdafiə Nazirliyi elan etdiyi 2 tenderə yekun vurub.
İcra Hakimiyyəti tədbirlərin təşkili ilə bağlı - TENDER KEÇİRİR
FED.az xəbər verir ki, hər 2 tender Azərbaycan Ordusunun avtomobil texnikaları üçün müxtəlif markalı avtomobil təkərlərinin alınması ilə bağlıdır. Qalib şirkətlərlə bağlanmış müqavilələrin dəyəri 3 806 196 manat təşkil edir.
Birinci tenderin qalibi “NM Stock” MMC (VÖEN: 2008078691) olub. Nazirliklə bağlanan müqavilənin dəyəri 1 317 576 manat təşkil edir. Tender çərçivəsində 746 ədəd və 2 044 dəst təkər alınıb.
Qeyd edək ki, "NM Stock" MMC 2023-cü ildə yaradılıb, nizamnamə kapitalı 100 manatdır. Şirkətin qanuni təmsilçisi Nigar Məhərrəmova Tahir qızıdır. Hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Xəqani Rüstəmov küçəsi, ev 6, mənzil 26-da yerləşir.
İkinci tenderin qalibi isə “İnport” MMC (VÖEN: 1404425431) olub və şirkətlə bağlanmış müqavilənin məbləği 2 488 620 manatdır. Tender çərçivəsində 600 ədəd və 2 700 dəst təkər satın alınıb.