Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi “Ağdam şəhər 2 nömrəli 960 şagird yerlik tam orta məktəb binasının tikitisi üzrə layihə-smeta sənədlərinin hazırlanmasının satınalınması” təkliflər sorğusunun nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi “PBA” QSC olub.
Şirkətlə 200 000 manat məbləğində müqavilə imzalanıb.
Bu müqaviləyə əsasə aşağıda qeyd olumuş 14 layihə-smeta sənədlərinin hazırlanmasının nəzərdə tutulub
Topoqrafik planlanma və mühəndis-geoloji axtarış işləri
Məktəb binası
Memarlıq-planlaşdırma bölməsi (eskiz)
Qazanxana məhsuldarlıq - 0,7 Qkal/saat
Nasosxana – 50 m3/saat
Yanğına qarşı su anbarı V= 230 m3
İçməli su anbarı V= 230 m3
Transformator yarımstansiyası KTY- 630 kva
Dizel-generator – 120 KVA
Hasar - dekorativ metal konstruksiya
Abadlaşdırma S= 1,9 ha
Yanğın siqnalının avtomatik qurğuları
Videomüşahidə
İnternet şəbəkələri