İqtisadiyyat Nazirliyinin Tikinti Və Təchizat İdarəsi bir-birinin ardınca 5 tenderin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, 188 min 505 manat dəyərindəki “Müşahidə məntəqələrinin (köşklərin) satın alınması” tenderinin qalibi “AzTek” MMC, 580 min 206 manat dəyərindəki ““Data Governance” platformasının hazırlanması üzrə məsləhət xidmətlərinin göstərilməsi” tenderinin qalibi “Deloitte & Touche" MMAC, 993 min 659.29 manat məbləğindəki “Əsas şəbəkə avadanlıqlarının satın alınması” tenderinin qalibi "Ultra Technologies" MMC, 610 min 763.28 manat məbləğindəki “Cisco şəbəkə avadanlıqlarına və sistemlərinə texniki dəstək xidmətinin göstərilməsinin, lisenziyaların və quraşdırma işlərinin görülməsinin satın alınması” tenderinin qalibi “Caspel” MMC, 42 min 485.9 manat dəyərindəki “Nəqliyyat vasitələrinin əsaslı təmiri işlərinin görülməsinin satın alınması” tenderinin qalibi "İnova Mühəndislik və Tədris" MMC seçilib.
Bağlanmış müqavilələrin ümumi dəyəri 2 milyon 415 min 619,47 manatdır