Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti Və Təchizat İdarəsi bir-birinin ardınca 14 tenderin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, onlardan 8-i “Turan” MMC, 5-i “S.H İnşaat Xidməti” 1-i “SS İnşaat MMC” ilə bağlanılıb.
281 min 319.43 manat dəyərindəki “Qax rayonunun bir sıra təhsil müəsissələrində kommunal-kommunikasiya işlərinin satın alınması” ,153 min 239.05 manat dəyərindəki “Göygöl rayonunun bir sıra təhsil müəsissələrində kommunal-kommunikasiya işlərinin satın alınması”, 249 min 614.82 manat dəyərindəki “Samux rayonunun bir sıra təhsil müəsissələrində kommunal-kommunikasiya işlərinin satın alınması”, 209 min 474.84 manat dəyərindəki “Zaqatala rayonunun bir sıra təhsil müəsissələrində kommunal-kommunikasiya işlərinin satın alınması”, 190 min 654.49 manat dəyərindəki “Goranboy rayonunun bir sıra təhsil müəsissələrində kommunal-kommunikasiya işlərinin satın alınması”, 249 min 614.82 manat məbləğindəki “Balakən rayonunun bir sıra təhsil müəsissələrində kommunal-kommunikasiya işlərinin satın alınması”,
291 min 532.4 manat məbləğindəki “Gəncə şəhərinin bir sıra təhsil müəsissələrində kommunal-kommunikasiya işlərinin satın alınması”, 2 milyon 410 min 283.06 manat məbləğindəki “Masallı rayonu, Qəzvinoba kənd 180 şagird yerlik tam orta məktəbin tikinti işlərinin satınalınması” tenderlərinin qalibi "Turan.İ.O" MMC seçilib.
765 min 856.96 manat dəyərindəki “Ağdam rayonu II Alıbəyli köçkün qəsəbəsində yerləşən tam orta məktəbin əsaslı təmiri işlərinin satınalınması”, 276 min 107.83 manat dəyərindəki “Xocavənd, Laçın, Yevlax rayonları və Mingəçevir şəhəri üzrə bir sıra təhsil müəsissələrində kommunal-kommunikasiya işlərinin satın alınması”, 523 min 979.41 manat dəyərindəki “Ağcabədi rayonunun bir sıra təhsil müəsissələrində kommunal-kommunikasiya işlərinin satın alınması”, 508 min 916.96 manat məbləğindəki “Ağdam rayonunun bir sıra təhsil müəsissələrində kommunal-kommunikasiya işlərinin satın alınması”, 517 min 659.14 manat məbləğindəki “Ağdaş rayonunun bir sıra təhsil müəsissələrində kommunal-kommunikasiya işlərinin satın alınması” tenderlərinin qalibi isə “S.H.İnşaat Xidməti” MMC seçilib.
681 min 054.94 manat dəyərindəki “Gəncə şəhəri 2 və 23 nömrəli tam orta məktəb binalarının dam örtüklərinin dəyişdirilməsinin satın alınması” tenderi üzrə "SS İnşaat" MMC ilə müqavilə imzalanıb. Bağlanmış müqavilələrin ümumi dəyəri 7 milyon 599 min 175,8 manatdır.