Ədliyyə Nazirliyi minik avtomobillərinin alınması ilə bağlı tenderlərin nəticələrini açıqlayıb.
Dövlət qurumu 1 ədəd minik avtomobili alır - TENDER ELANI
FED.az xəbər verir ki, tenderlərdən ikisinin qalibi "Azərmaş Group" MMC (VÖEN: 1404517221) olub.
Şirkətlə "Ədliyyə Nazirliyi tərəfindən maliyyələşməsi həyata keçirilən məhkəmələrə xidməti minik avtomobillərinin satınalınması" tenderi üzrə 107 000, "Ədliyyə Nazirliyi struktur qurumlarına xidməti minik avtomobillərinin satınalınması" tenderi üzrə 214 000 manatlıq müqavilə imzalanıb.
"Ədliyyə Nazirliyi tərəfindən maliyyələşməsi həyata keçirilən məhkəmələrə xidməti minik avtomobillərinin satınalınması" adlı digər tenderin qalibi ""Azərmaş CP" MMC olub.
Şirkətlə 80 000 manat məbləğində müqavilə imzalanıb.