Azərpambıq Aqrar Sənaye Kompleksi "1 ədəd offroader/SUV modeli minik avtomobilinin satın alınması" ilə bağlı tender elan edir.
- Dövlət qurumu minik avtomobili alır - TENDER ELANI
- FED.az xəbər verir ki, tenderdə iştirak haqqı 150 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 1305532271
Satınalan təşkilatın ünvanı: AZ1065 Bakı şəhəri, Yasamal r-nu,Tbilisi prospekti 35, ASK PLAZA, 3-cü mərtəbə
Satınalma predmeti: 1 ədəd offroader/SUV modeli minik avtomobilinin satın alınması
ÜSL kod (kateqoriya): 34115000-6 Digər minik avtomobilləri,
Müsabiqənin başlama tarixi və vaxtı:10.02.2023 15:45
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 07.03.2023 16:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 16.03.2023 17:00
Zərflərin açılış tarixi və vaxtı: 17.03.2023 16:00
İştirak haqqının ödənilməsi yalnız Asan Ödəniş Sistemi vasitəsilə həyata keçirilə bilər. Müsabiqədə iştirak etmək üçün müsabiqəyə daxil olaraq müvafiq ödənişi etdikdən sonra təklif göndərmək mümkün olacaqdır.
Ödəniş şərtləri - Müqavilə üzrə ödənişlər mallar tam təhvil verildikdən və təhvil-təslim aktı imzalanıb təsdiq edildiqdən sonra, malgöndərənin təqdim etdiyi sənədlər (qaimələr, hesab fakturalar, aktlar və digər sənədlər) əsasında 15 (on beş) bank günündən gec olmamaq şərti ilə nağdsız hesablaşma yolu ilə aparılacaqdır.
Çatdırılma yeri - Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 1033, “ASK Plaza” ünvanına təhvil verilməlidir.
Çatdırılma şərtləri - DDP
Çatdırılma müddəti - 30 təqvim günü
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) -Sona Əliyeva, Böyük mütəxəssis
Email: [email protected]
Əlaqə telefonu: +994555001384
Avtomobil üçün tələblər: Rəngi -Qara Arxa oturacaqlarda 3 ədəd başaltlıq Yük bölməsinin qapısının elektrik bağlanması Arxa görüntü güzgüsünün tündləşməsi Parlaq dekorativ taxmalar Arxa oturacaqların bel hissələrinin qatlanması Ön sürücü və sərnişin günlüklərində işıqlandırılan güzgülər Salonun ön və arxa ayaq hissələrinin işıqlandırılması Salonun ön və arxa sırasında salon işıqları Yük bölməsinin işıqladırılması Kessy Full- Start /Stop mühərrikin açarsız işə salınması və ön qapılarda sensorlar Climatronic- kondisioner Polad diskli ehtiyat təkər Sürücü və sərnişin oturacaqlarının bel nahiyəsinin dəstəyi TPMS- təkərlərdə hava təzyiqinə nəzarət sistemi Arxa LED fənərlər "LED PACKAGE PLUS" Ambient Lighting-Salonun gizli işıqları "LIGHT ASSIST" ("COMMING HOME","LEAVING HOME","TUNNEL LIGHT", "DAY LIGHT") + Yağış sensoru Telefona qoşulma (Bluetooth) Yan görüntü güzgülərin qatlanması, elektrik idarə olunması və qızdırılması Ön sağ oturacağın altında əşya qutusu 8 ədəd səs dinamiki Smart Link funksiyası Audiosistem "BOLERO", səsli idarəetmə Hill start assist (yoxuşa qalxma yardımçısı) Ön və arxa parça ayaqaltılar Ön dirsək altlığı Arxa yan pərdələr Təhlükəsizlik kəmərlərinin vizual və səsli xəbərdaredici indikatoru Ön oturacaqların qızdırılması Ön və arxa park sensorlar Cruise control sistemi (sürətə nəzarət sistemi) Sürücü oturacağının elektrik tənzimlənməsi, yaddaş paketi və bel nahiyəsinin dəstəyi Ön və pərdə tipli yan təhlükəsizlik yastıqları "DRIVING MODE SELECT"- İdarəetmə rejimləri Damda gümüşü reylinqlər Panorama tipli tavan və elektrik tənzimlənən lyuk Yüngül lehimli disklər "ASKELLA" 7,5Jx18" Dəri/Parça oturacaqlar 3 oxlu, idman üslublu, multifunksional dəri sükan, telefon/radio idarəetməsi Yan görüntü güzgülərin avtomatik tündləşməsi, yaddaş paketi, qatlanması, elektrik tənzimlənməsi və qızdırılması Arxa kamera görüntüsü 230V və USB giriş (arxa hissədə) LED tipli ön fənərlər, Corner funksiyası Ön dumanəleyhinə fənərlər (korner funksiyalı) ECO funksiya İkinci sırada mərkəzi dirsəkaltlığı