Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tenderlərinin nəticələrini açıqlayıb.
Eləcə də bax: 256 ailəlik fərdi yaşayış evləri tikiləcək - 15,8 MİLYON MANATLIQ MÜQAVİLƏLƏR BAĞLANIB
FED.az xəbər verir ki, tenderlərin qalibləri "LOTUS CO" MMC və "NUR-SS" MMC olub. TEnderlərin ümumi məbləği 3 milyon 226 min 253 manat olub.
Dövlət qurumu "LOTUS CO" MMC ilə “digər maşın və avadanlığın alınması” tenderi üzrə 2 milyon 747 min 675 manatlıq, "NUR-SS" MMC ilə “avadanlığın alınması” tenderi üzrə 478 578 manatlıq müqavilələr bağlayıb.