Ağcabədi rayonunun "Taxta Körpü" ərazisində müvəqqəti məskunlaşmış 1500 (I mərhələ - 645) məcburi köçkün ailəsi üçün rayonun Vağazin obasında zəruri sosial-texniki infrastrukturu olan 256 ailəlik fərdi yaşayış evləri tikiləcək.
FED.az xəbər verir ki, Məcburi Köçkünlərin İnkişafı Fondu 5 şirkət ilə 15 milyon 838 min mantlıq 5 müqavilə bağlanıb.
"MİNERA" MMC şirkəti ilə 192 şagird yerlik məktəbin tikintisi üçün 2 milyon 516 min 875 manat dəyərində;
"AZƏRİ SERVİS LTD" MMC 36 ədəd fərdi yaşayış evlərinin tikintisi üçün 2 milyon 147 min 190 manat dəyərində;
"FAKTOR QRUP-S" MMC 50 ədəd fərdi yaşayış evlərinin tikintisi üçün 3 milyon 200 min 548 manat dəyərində;
FONDU "AS-TƏMİR TİKİNTİ" MMC 60 ədəd fərdi yaşayış evlərinin tikintisi üçün 3 milyon 925 min 647 manat dəyərində;
"PROGRESS" Sənaye-İstehsalat Şirkəti 50 ədəd fərdi yaşayış evlərinin tikintisi üçün 4 milyon 47 min 900 manat dəyərində müqavilə bağlanıb.