Elm və Təhsil Nazirliyi təlimlərin keçirilməsi ilə bağlı satınalma həyata keçirib.
FED.az xəbər verir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən 2025–2026-cı tədris ilinin payız semestrində ali təhsildə yüksək texnologiyalar üzrə təlimlərin keçirilməsi ilə bağlı satınalma keçirilib.
Satınalmanın qalibi "Code" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1403153271) olub.
Qalib şirkətə 1 milyon 444 min 910 manat ödəniləcək.
Satınalma bir mənbə metodu ilə həyata keçirilib.
"Code" MMC bundan öncə də nazirliklə 2024-2025-ci tədris ilinin yaz semestrində ali təhsildə yüksək texnologiyalar üzrə təlimlərin keçirilməsi üzrə 1 milyon 85 min 600 manatlıq satınalma müqaviləsi imzalayıb.
Qeyd edək ki, "Code" MMC 9 iyul 2015-ci ildə dövlət qeydiyyatına alınıb, 10 manat nizamanmə kapitalına malikdir. Qanuni təmsilçisi Aslanov Ülvi İlqar oğludur. Hüquqi ünvanı AZ1010, BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, NİZAMİ, ev.129E, MƏHƏLLƏ 705-dir.