Bakı Konqres Mərkəzi "Mərkəzin mövcud simsiz şəbəkəsinin təkmilləşdirilməsi üçün əlavə avadanlıqların, proqram təminatı lisenziyalarının və onların quraşdırma işlərinin satınalınması" tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, qalib "Aris" MMC (VÖEN: 1305445661) olub.
Tenderin dəyəri 631 125 manatdır.
Şirkət ən son Bakı Nəqliyyat Agentliyinin "Agentliyin verilənlər bazalarının, elektron sənədlərin, video məlumatların, səs yazılarının və serverlərin əməliyyat sistemlərinin məlumat saxlama avadanlıqları üçün istehsalçının zəmanət-texniki dəstək xidməti paketinin 12 aylıq uzadılmasının və 12 aylıq texniki dəstək xidmətlərinin satın alınması" tenderinin qalibi olub. Həmin tenderin dəyəri isə 742 495 manat təşkil edib (09.12.2022)