Maliyyə Nazirliyi (VÖEN – 1400108191) açıq tender elan edir.
FED.az xəbər verir ki, müsabiqənin predmeti qeyri-yaşayış sahəsinin icarəsi xidmətinin satın alınmasıdır. Ehtimal olunan qiymət 1 milyon 133 min 250 manat təşkil edir.
Müsabiqə 16 dekabr 2025-ci il, saat 16:52-də dərc edilib.
Təkliflərin son təqdim olunma vaxtı 16 yanvar 2026-cı il, saat 17:30, zərflərin açılışı isə həmin tarixdə, saat 17:30-da keçiriləcək.
İştirak haqqı 600 manatdır. Təchizatçılar təklifləri təqdim etmək üçün istifadə haqqı və iştirak haqqı ödəməlidirlər. Təchizatçıların sayının üçdən az olmasına görə satınalmanın baş tutmadığı hallar istisna olmaqla, iştirak haqqı heç bir halda geri qaytarılmır.
İstifadə haqqı isə 25 manat təşkil edir. Təchizatçılar tərəfindən satınalmalarda əlaqəli sənədləri görmək üçün istifadə haqqı ödənilir. İstifadə haqqı bir satınalmada iştirak etmək və ya müddətli abunəlik seçməklə ödənilə bilər. Ödənilmiş istifadə haqqı heç bir halda geri qaytarılmır.
Ofislər üçün tələblər: Ofislərin ümumi sahəsi (əsas və yardımçı sahələr daxil olmaqla) 1500 m², ofis binası təmirli olmalıdır. Qiymət 1500 m²-dən az olmayan sahəyə görə nəzərdə tutulmalıdır. Təchizatçılar müəyyən edilmiş sahəyə uyğun olaraq qiymət təklifi verməlidirlər; İnzibati binanın sahəsi “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 198.1.1-ci maddəsində nəzərdə tutulmuş fiziki şəxslərin əmlak vergisi məqsədləri üçün Bakı şəhərində yerləşən binalara tətbiq edilən əmsallar”ın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 6 aprel tarixli 101 nömrəli qərarına (https://e-qanun.az/framework/29860) uyğun olaraq ZONA-8 ərazisində yerləşməli, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş çıxarışın və ya əmlakın mülkiyyətçiyə məxsusluğunu təsdiq edə bilən hüquqi qüvvəyə malik sənədi olmalıdır; Təklif edilən ofislər daimi isti və soyuq su, işıq, istilik və soyutma sistemlərinə malik olmalıdır; Generator, işıqlandırma, havalandırma və yanğınsöndürmə sistemləri tam və işlək vəziyyətdə olmalıdır; Ofislərin otaqlarının iç qapıları quraşdırılmış, divarları boya ilə boyanmış və ya divar kağızları ilə yapışdırılmış olmalıdır; Binanın otaq sayı azı 85 ədəd olmalıdır (rabitə otağı, arxiv otağı, texniki otaq, akt zalı, iclas zalı, istirahət otağı, mətbəx, iş otaqları, anbar, qazanxana, yeməkxana); Rəhbər otaqları olmalıdır; Tualet və vanna otaqları kafel və metlaxla üzlənmiş, santexnika avadanlıqları ilə təchiz olunmuş; Mətbəx sayı 6 otaqdan az olmamalıdır; Kommunikasiya xətləri mövcud olmalıdır; Binada ən azı 1 sərnişin lift olmalıdır; İstifadə edilmiş qaz, su, işıq və məişət tullantılarının daşınmasına görə ödənişlər icarə haqqına daxil edilməlidir.Digər xərclər İcarəyə götürən tərəfindən ödəniləcək; Bina daşınmaz əmlakın icbari sığortası üzrə sığortalanmış olmalıdır; İcarə müddəti 30 ay nəzərdə tutulmuşdur.
Əlaqələndirici şəxs: Müşfiq Səttarzadə - Baş məsləhətçi
[email protected]
+994 12 404 47 44
İddiaçıların tələb olunan sayı: 3
İddiaçılar təkliflərini 16 yanvar 2026-cı il, saat 17:30-a qədər Bakı şəhəri, Səməd Vurğun 135 ünvanına təqdim edə bilərlər.











