Naxçıvan Şəhər İcra Hakimiyyətinin Novruz bayramı münasibətilə keçirilməsi planlaşdırılan tədbirlə bağlı elan etdiyi tenderi ləğv edilib.
İddiaçıların sayı yetərli olmadı - TENDER LƏĞV EDİLDİ
FED.az xəbər verir ki, ləğvin səbəbi satınalmada iştirak edən təchizatçıların sayının üçdən az olmasıdır. Bu, Dövlət Satınalmaları Haqqında Qanunun 36.1.1-ci maddəsinə əsasən, tenderin tamamlanmasını mümkünsüz edib.
Rəsmi açıqlamada bildirilir ki, təklif verən malgöndərənlərin sayı qanunvericiliklə müəyyən edilən həddən az olduğu üçün tenderin tamamlanması mümkün deyil.
Tenderin ehtimal olunan qiyməti 142.500,00 AZN təşkil edirdi. Təkliflərin son təqdim edilmə vaxtı 7 fevral 2025-ci il saat 10:00, zərflərin açılışı isə həmin gün, eyni saat da baş tutmalı idi.