Naxçıvan MR İqtisadiyyat Nazirliyi ekspert (mütəxəssis) xidmətlərinin satınalınması ilə bağlı açıq tender elan edir.
FED.az xəbər verir ki, tenderdə iştriak haqqı 150 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 0200024981
Satınalan təşkilatın ünvanı: Naxçıvan şəhəri H. Əliyev pr 06
Müsabiqənin başlama tarixi və vaxtı: 25.07.2023 09:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 14.08.2023 10:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 22.08.2023 10:00
Zərflərin açılış tarixi və vaxtı: 23.08.2023 10:00
Ödəniş şərtləri - Nağdsız
Çatdırılma yeri - Naxçıvan şəhəri
Çatdırılma müddəti - 2023-cü il avqust-sentyabr
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
Satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin,habelə işlərini idarə edənlərin,qulluqçularının peşəkar fəaliyyətləri,yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması,yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi
Sahibkarlıq subyektinin bölgüsü
Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması
Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması
İxtisas göstəriciləri:
Satınalan təşkilat tərəfindən meyar müəyyən edilməyib
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Taleh
Həsənzadə,
Email: [email protected]
Əlaqə telefonu: 036-544-53-44
№ | Başlıq | Açıqlama | Miqdar | Ölçü vahidi |
---|---|---|---|---|
1 |
Naxçıvan şəhərində və Muxtar Respublikasının rayon və kəndlərində yerləşən xidmət mərkəzlərinin qeyri yaşayış binaları |
qeyri yaşayış sayəsi |
154 |
ədəd |
2 |
Naxçıvan Muxtar Respublikasının Babək, Culfa və Ordubad rayonlarında yerləşən müxtəlif ölçüdə su dəyirmanları |
su dəyirmanları |
6 |
ədəd |
3 |
Naxçıvan şəhərində. Ordubad və Şahbuz rayonlarında yerləşən qeyri yaşayış binaları |
Müxtəlif təyinatlı qeyri yaşayış sahəsi |
3 |
ədəd |
4 |
Məhdud Məsuliyyətli Cəmiyyətlər |
(torpaq sahəsi, əmlak kompleksi və avadanlıqları ilə birlikdə) |
3 |
ədəd |
5 |
Yağ istehsalı avadanlıqları |
500dək avadanlıq |
1 |
dəst |
6 |
Torpaq sahəsi |
0,85 haq |
1 |
ədəd |
7 |
Nəqliyyat vasitəsi |
Müxtəlif marka |
9 |
ədəd |