“Azərsu”ASC təkliflər sorğusu elan edir.
FED.az xəbər verir ki, dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) çərçivəsində “Dəniz suyunun duzsuzlaşdırılması ilə əlaqədar məsləhətçi şirkətin cəlb olunması” predmeti üzrə texniki-iqtisadi əsaslandırma və layihə tapşırığının hazırlanması, layihənin icrası ilə bağlı digər məsləhət xidmətlərinin satın alınması nəzərdə tutulur.
Təkliflər sorğusunda iştirak etmək istəyən iddiaçılar aşağıdakı ünvana (Bakı şəhəri, Moskva prospekti 67, “Azərsu” ASCnin satınalmaların təşkili və müqavilələrin idarə olunması şöbəsinə (əlaqələndirici şəxs- Abışev Murad Çingiz oğluna, telefon: +99 412 431 47 67/87 – daxili 1087 E-mail: [email protected] və Musayev Məmmədyar Ağa oğluna, telefon: +99 412 431 47 67 – daxili 2288, E-mail: [email protected] müraciət edə bilərlər.
İddiaçılar imzalanıb möhürlənmiş təkliflərini 4 avqust 2023-cü il saat 16.00-dan gec olmamaq şərtilə təqdim etməlidirlər. Göstərilən müddətdən gec təqdim olunan təkliflər baxılmadan geri qaytarılacaqdır.
Təkliflər “Azərsu” ASC, Bakı şəhəri, Moskva prospekti 67 nömrəli ünvanda 7 avqust 2023-cü il saat 16.00-da açılacaqdır. İddiaçılar və onların səlahiyyətli nümayəndələri zərflərin açılış prosedurunda iştirak edə bilərlər.