Naxçıvan MR Nazirlər Kabineti xidməti minik avtomobili alınması ilə bağlı açıq tender elan edir.
FED.az xəbər verir ki, tenderdə iştirak haqqı 150 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 0200022861
Satınalan təşkilatın ünvanı: Naxçıvan şəhər H.Əliyev pr 42 Naxçıvan MR Nazirlər Kabneti
Müsabiqənin başlama tarixi və vaxtı: 14.06.2023 18:31
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 11.07.2023 09:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 19.07.2023 09:00
Zərflərin açılış tarixi və vaxtı: 20.07.2023 09:00
Ödəniş şərtləri - Bank köçürmə üsulu ilə
Çatdırılma yeri - Naxçıvan şəhəri Heydər Əliyev prospekti 42
Çatdırılma müddəti - 15
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
Satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin,habelə işlərini idarə edənlərin,qulluqçularının peşəkar fəaliyyətləri,yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması,yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi
Sahibkarlıq subyektinin bölgüsü
Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması
Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması
İxtisas göstəriciləri:
Satınalan təşkilat tərəfindən meyar müəyyən edilməyib
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Məhərrəm Əsgərov, Baş mühasib
Email: [email protected]
Əlaqə teelfonu: +994602002026
Xidməti minik avtomobilində tələb olunan xüsusiyyətlər – Yaponya istehsalı - qara rəng, VİN: JTMxxRxxxxxxxxxxx Kompletktasiya Premium h 4WD, Model/SFX DH, Ötürücü tip 4WD, Mühərrik 2,5L HV benzin, mühərrik həcmi 2487, Transmissiya, CVT/Pilləsiz transmissiya, Yanacaq növü benzin-Hibrid, yanacaq çəninin tutumu 55Litr, yanacaq sərfiyyatı 100/L qarışıq 4.4 Litr, Maksimum güc (a.g) 222, Maksimum güc (kvt dövr dəq) 163, Maksimum fırlanma anı (N,m/ dövr dəq) 221/3600-5200, CO, emissiyaları (qarışıq) 102, Maksimum sürəti km/s 180, Sürət yığma 8.1, Klirens 190, Təkər bazası 2690, ölçülər 4600x1855x1683, Tam təchizatlı çəki (kq) 1655, Qross (ümumi) çəki (kq) 2225, Ekoloji standart AVRO 6, LED Parabola işıqlar, İşıq idarəetmə sistemi, Fara təmizləyici,Ön duman işıqları, Arxa duman işıqları, LED arxa işıqlar, DRL - Gündüz hərəkət işıqları, Elektrik qatlanan güzgülər, Təkərlər 17 dyüm, Yüngül lehimli disklər, Ehtiyat təkər - gücləndirilmiş-müvəqqəti, Arxa görünüş güzgüsü, Oturacaq qızdırıcısı yuxarı-aşağı - Sürücü + ön sərnişin, Arxa oturacaq 6:4 qatlanan, Oturacaq materialı-parça, Sükan çarxı-dəri, Sükan sütunu - mexaniki tənzimlənən və teleskopik, Kruiz kontrol, yağış sensoru, Elektrik şüşəqaldıranlar, Kondisioner-avtomatik ikili rejim, Arxa görünüş monitoru 7 dyum, Multi-məlumat displeyi, İşəsalma start-stop, parklanma sensoru-arxa sensor, Elektrik qapı kilidi , Təkər təzyiqi sensoru, Audio sistem,Audio sistem monitoru, Bluetooth, Səsucaldanların sayı 6, Audio yuva, USB, HAC - Yoxuşda yardım sistemi, ABS - Anti-blok sistemi, Təkər təzyiqinə nəzarət sistemi, Təhlükəsizlik yastıqları Sürücü və sərnişin tək, ön yan, yan pərdə tipli, sürücü diz, Stabilliyə nəzarət sistemi. Avtomobilin ili: minimum 2023-cü il (Yeni 0 km). Zəmanət: minimum 3 il və ya 100000km yürüş ilə (istehsal xətası ola bilən bütün hissələr üzrə).