Naxçıvan MR-nın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 6 ədəd açıq tender elan edib.
Heydər Əliyev adına saray təmir olunacaq - TENDER
FED.az xəbər verir ki, sözügedən elanlar əsaslı təmir işlərinin satın alınması ilə əlaqəlidir.
Tenderlər üzrə təkliflərin son təqdim olunma tarixi və vaxtı və zərflərin açılış tarixi və vaxtı 05.03.2025-ci il saat 16:00 müəyyən edilib.
Tenderlər çərçivəsində Naxçıvan MR ərazisində yerləşən dövlət qurumlarının inzibati binaları əsaslı təmir ediləcək və görüləcək təmir işlərinin ehtimal olunan qiyməti 2,925,623.00 AZN təşkil edir.
Tenderlər haqqında daha detallı aşağıdakı cədvəldə:
№ |
Satınalma predmeti |
Ehtimal olunan qiymət |
1 |
Sədərək rayonu, Heydərabad qəsəbəsi, 3-cü küçə 3 ünvanında yerləşən Sosial Xidmətlər Agentliyinin rayon sektorunun inzibati binasının əsaslı təmir işlərinin satın alınması |
|
2 |
Sədərək rayonu, Heydərabad qəsəbəsi, 3-cü küçə, 3 ünvanında yerləşən Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsinin inzibati binasının əsaslı təmir işlərinin satın alınması |
358.933,00 AZN |
3 |
Babək şəhəri, 20 Yanvar küçəsi 37 ünvanında yerləşən Sosial Xidmətlər Agentliyinin rayon sektorunun inzibati binasının əsaslı təmir işlərinin satın alınması |
589.802,00 AZN |
4 |
Kəngərli rayonu, Qıvraq qəsəbəsi, Heydər Əliyev prospekti, 9 ünvanında yerləşən Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsinin inzibati binasının əsaslı təmiri işlərinin satın alınması |
548.012,00 AZN |
5 |
Şərur şəhəri, Heydər Əliyev prospekti 44B ünvanında yerləşən Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsinin inzibati binasının əsaslı təmir işlərinin satın alınması |
569.192,00 AZN |
6 |
Ordubad şəhəri, Heydər Əliyev Prospekti 28 ünvanında yerləşən Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsinin inzibati binasının əsaslı təmir işlərinin satın alınması |
595.816,00 AZN |