Son illər Azərbaycanda dövlət satınalmalarında fəal iştirak edən fiziki şəxslərin sayı artmaqdadır.
Azərbaycanda yemək tenderləri: 100 milyonluq sifariş 2 şirkətə çatıb - QURUMLAR, ŞİRKƏTLƏR, SİYAHI
FED.az xəbər verir ki, onlardan biri də Natiq Əlisoy Hüseyn oğludur. Son illərdə bir çox yüksək məbləğli tenderlərin qalibi olan Natiq Əlisoy həm fiziki şəxs kimi, həm də rəhbəri olduğu “Gulay-Food” MMC vasitəsilə böyük dövlət sifarişlərini qazanıb.
Qeyd etmək yerinə düşər ki, N.Əlisoy və onun qanuni təmsilçisi olduğu şirkət əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin tenderlərində qalib olublar.
FED.az xəbər verir ki, N.Əlisoyun fiziki şəxs qismində qazandığı tenderlərin ümumi dəyəri 15 milyon 193 min manat təşkil edir. Onun qalib gəldiyi ən iri məbləğli tender Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin keçirdiyi mənzil satınalma müsabiqəsi olub. 23 avqust 2023-cü ildə bağlanmış bu müqavilə ölkənin müxtəlif şəhər və rayonlarda əlillər və şəhid ailələri üçün mənzillərin alınmasını əhatə edib. Tender çərçivəsində alınan sifarişin dəyəri 8 milyon 149 min manat təşkil edib.
Daha 7 milyon manatlıq dövlət sifarişi isə əlil və şəhid ailələrinə mənzillərin alınması tenderləri üzrə bağlanılıb.
Natiq Əlisoyun adı təkcə fiziki şəxs kimi deyil, həm də "Gulay-Food" MMC-nin (VÖEN 1602518151) qanuni təmsilçisi kimi önə çıxır. Şirkət 2016-cı ildə yaradılıb və nizamnamə kapitalı cəmi 1 manat olsa da, 2023-cü ildə Sosial Xidmətlər Agentliyinin 6 120 881 manatlıq tenderini qazanıb. Bu tender sosial xidmət müəssisələrinin sakinlərinin yeməklə təmin edilməsi ilə bağlı olub.
Tenderdə ümumilikdə 583 min yemək porsiyası nəzərdə tuulub.
Tenderlər haqqında daha detallı məlumat aşağıdakı cədvəldə:
Satınalan təşkilatın adı |
Satınalma predmeti |
Məbləğ |
Tarix |
|
Əlisoy Natiq Hüseyn oğlu |
||||
ƏƏSMN "Sosial Xidmətlər Agentliyi" PHŞ |
Əlilliyi müəyyən edilmiş şəxslərə və şəhid ailələrinə Salyan rayonunda 32 ədəd üçotaqlı mənzilin satın alınması |
|
|
|
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi |
Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərə və şəhid ailələrinə Şirvan şəhərində və Göygöl, Qusar, Oğuz, Balakən, Saatlı, Ağsu, Neftçala, Ağstafa və Salyan rayonlarında 1, 2 və 3 otaqlı mənzillərin satınalınması
|
|
|
|
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi |
Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərə və şəhid ailələrinə Bakı, Gəncə, Mingəçevir, Şəki,Şirvan şəhərlərində və Salyan, Qax, Ağsu, Ağdaş, Astara rayonlarında 1, 2 və 3 otaqlı mənzillərin satınalınması
|
|
|
|
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi |
Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərə və şəhid ailələrinə Göygöl, Salyan, Lənkəran rayonlarında və Mingəçevir, Şirvan şəhərlərində 1, 2 və 3 otaqlı mənzillərin satınalınması
|
|
|
|
"Nərimanov Tibb Mərkəzi" PHŞ |
İcarə xidmətlərinin satın alınması |
|
|
|
Məbləğ |
15 193 080 AZN |
|||
"Gulay-Food" MMC – qanuni təmsilçi Natiq Əlisoy
|
||||
ƏƏSMN "Sosial Xidmətlər Agentliyi" PHŞ |
Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi tərəfindən DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində benefisiarların naharla təmin olunması xidmətinin satın alınması (583 min porsiya)
|
6 120 881 AZN |
23.02.2024 |
|
ƏƏSMN "Dayaniqli və Operativ Sosial Təminat (DOST) Agentliyi" PHŞ |
Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi tərəfindən DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində benefisiarların naharla təmin olunması xidmətinin satın alınması (12 250 porsiya)
|
43.365 AZN |
23.11.2023 |
|
Məbləğ |
6 164 881 AZN |
|||
|
|