Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti Və Təchizat İdarəsi bir-birinin ardınca 3 tenderin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, 255 min 135.02 manat dəyərindəki “Şəki, Qəbələ və Oğuz rayonlarının bir sıra təhsil müəssisələrində sanitar qovşağının cari təmir işlərinin satın alınması”, 568 min 312.07 manat dəyərindəki “Şəki, Qəbələ və Oğuz rayonlarının bir sıra təhsil müəssisələrində dam örtüyünün dəyişdiriməsinin satın alınması”, 383 min 918.43 manat dəyərindəki “Oğuz şəhər 2 nömrəli tam orta məktəbin kommunal-kommunikasiya işlərinin satın alınması” tenderlərin qalibi " Elite Construction " MMC seçilib.
Bağlanmış müqavilələrin ümumi dəyəri milyon 1 milyon 207 min 365,52 manatdır. Qeyd edək ki, şirkətlə bundan əvvəl qurumun 637 min 795.06 “Qəbələ və Şəki rayonlarının bir sıra təhsil müəssiələrində cari təmiri işlərinin satınalınması” tenderi üzrə müqavilə bağlanılıb.