Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzi Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisinə təcavüzü nəticəsində Tərtər rayonunda (1 və 2), Gəncə şəhərində, Füzuli, Cəbrayıl və Tərtər rayonlarında (3), Gəncə və Naftalan şəhərlərində, Ağcabədi, Goranboy və Beyləqan rayonlarında (4), Mingəçevir şəhərində, Ağdam və Bərdə rayonlarında (5), eləcə də Gəncə şəhərində (6) dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası ilə bağlı elan etdiyi 6 açıq tenderə yekun vurub.
Eləcə də bax: Azərbaycanda 37 milyon manatlıq tenderləri - 3 MƏŞHUR ŞİRKƏT UDDU – SİYAHI, MƏBLƏĞLƏR
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, dövlət satınalmalarının vahid internet portalında verilən məlumata görə, tenderlərin qalibi müvafiq olaraq “Az-Caspian Construction”, “Real-İnşaat”, “Az Graft Construction”, “Parlaq-N” MMC-lər, “Rabitəinşaat” ASC, “Conco” QSC-dir.
Qalib şirkətlərə müvafiq olaraq 3 490,3 min manat, 2 950,2 min manat, 3 118,7 min manat, 2 035,1 min manat, 2 113,4 min manat və 1 030,8 min manat, ümumilikdə isə 14 738,5 min manat ödəniləcək.