Müdafiə Nazirliyi "Müdafiə Nazirliyinin Yanacaq-Sürtkü materiallarının keyfiyyətinə nəzarət laboratoriyası üçün mebel və inventarlarının satın alınması" tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, qalib "Techline" MMC (VÖEN: 1702051231) seçilib.
Tenderin dəyəri 181 263 manatdır.
Qeyd edək ki, şirkət bundan əvvəl Sumqayıt Dövlət Universitetinin 672 995 manat dəyərindəki "Maşın və avadanlıqlar(laboratoriya avadanlıqlarının alınması)" tendrinin qalibi seçilib (10.01.2023)