Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən Mərkəzi aparatın xalçalarının yuyulması xidmətinin satın alınması ilə bağlı elan edilən tender ləğv edilib.
İpoteka Fondunun tenderinə heç bir şirkət qatılmadı, ləğv edildi - DETALLAR
FED.az xəbər verir ki, ləğv edilmə səbəbi, satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olmasıdır.
Tender müsabiqəsi 10 fevral 2025-ci il, saat 16:46-da elan olunmuşdu. Təkliflərin son təqdim olunma tarixi 5 mart 2025-ci il, saat 15:00, zərflərin açılış tarixi isə eyni gün, eyni saatda nəzərdə tutulmuşdu. Xidmətin ehtimal olunan qiyməti 31.110,33 AZN təşkil edirdi.
Azərbaycanın satınalma qanunvericiliyinə əsasən, tender müsabiqəsinin keçirilməsi üçün ən azı üç təchizatçının iştirak etməsi tələb olunur. Bu tələbin yerinə yetirilməməsi səbəbindən Müdafiə Nazirliyi tərəfindən elan edilən tender ləğv edilib.