Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən elan edilən tender ləğv edilib.
Dövlət qurumunun 226 min manatlıq tenderi ləğv edildi - DETALLAR
FED.az xəbər verir ki, ləğv olunan tenderdə qiymətli kağızların öhdəlik götürmədən yerləşdirilməsi və anderraytinqi üzrə xidmətlərin satın alınmasını nəzərdə tutulurdu. Lakin satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, həmçinin tələb olunan hallarda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olduğu üçün müsabiqə dayandırılıb. Bu qərar “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.1-ci maddəsinə əsasən verilib.
Tenderin ümumi məbləği 150.001 manat təşkil edirdi. Müsabiqə barədə elan 11 fevral 2025-ci il, saat 14:15-də dərc olunmuşdu. Təkliflərin son təqdim edilmə tarixi isə 5 mart 2025-ci il, saat 10:00 idi. Elə həmin tarixdə, saat 10:00-da müsabiqə çərçivəsində zərflərin açılması planlaşdırılırdı. Lakin gözlənilən proses baş tutmayıb və tender müsabiqəsi dayandırılıb.