Daha bir tender prosesinin davamından imtina edilib.
FED.az xəbər verir ki, Müdafiə Nazirliyinin Azərbaycan Ordusunun şəxsi heyətinin 2023-cü ildə tibbi təminatı üçün müalicə-profilaktik, bakterial preparatların, diaqnostikumların və məsrəf tibbi ləvazimatların satın alınması məqsədilə açıq tender metodu ilə ((eTender) 53357) 18.11.2022-ci il tarixdə başlanmış və 19.12.2022-ci il tarixdə keçiriləcək tender müsabiqəsində malgöndərənin təqdim etdiyi ərizələrin sayı qanunvericiliklə müəyyən edilən saydan az olması səbəbindən "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununun 11.1-ci maddəsinə əsasən tenderin davamından imtina edilmişdir.
Xatırladaq ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə görə Tenderdə iştirak etmək üçün tender təklifi vermiş iddiaçıların sayı üçdən az olduqda satınalan təşkilat tenderin davamından imtina edir və bu barədə məlumatı tender elan olunduğu mətbuat orqanında 5 bank günü ərzində dərc etdirir və rəsmi internet saytında yerləşdirir.