Dövlət Sosial Müdafiət Fonundunun ofis sahəsinin icarəsi ilə bağlı tenderi ləğv edilir.
FED.az xəbər verir ki, “Fondun Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı üçün ofis sahəsinin icarəsi xidməti”nin satınalması üzrə 13.10.2022-ci il tarixdə elan edilmiş elektron açıq tender “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən baş tutmamış hesab edilir və onun davamından imtina olunur.
Xatırladaq ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə görə Tenderdə iştirak etmək üçün tender təklifi vermiş iddiaçıların sayı üçdən az olduqda satınalan təşkilat tenderin davamından imtina edir və bu barədə məlumatı tender elan olunduğu mətbuat orqanında 5 bank günü ərzində dərc etdirir və rəsmi internet saytında yerləşdirir.