Müdafiə Nazirliyi iki iri məbləğli tenderin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, dövlət qurumu Azərbaycan Ordusunun hərbi hissələri üçün inşaat materialları və əlaqədar digər malların (LOT 3) satınalmasını "Texnolog" MMC (VÖEN: 1405435321) şirkətinə həvalə edib.
Qalib şirkətlə 1 milyon 476 min 872,77 manat dəyərində müqavilə bağlanıb.
Həmçinin Azərbaycan Ordusunun avtomobil texnikaları üçün müxtəlif markalı avtomobil şinlərinin satınalması üzrə keçirilən tenderin qalibi "NM Stock" MMC (VÖEN: 2008078691) olub.
Qalib şirkətlə 1 milyon 317 min 576,2 manat dəyərində müqavilə bağlanıb.
Hər iki tender üzrə ümumi məbləğ 2 milyon 794 min 448,97 manat təşkil edir