Müdafiə Nazirliyi camaşırxana xidməti ilə bağlı açıq tender elan edir.
Müdafiə Nazirliyi - TENDER ELAN EDİR
FED.az xəbər verir ki, tenderdə Azərbaycan Ordusunun Kəlbəcər zonasında yerləşən hərbi hissələrinin şəxsi heyətinin camaşırlarının yuyulması xidmətinin satın alınması nəzərdə tutulur.
Satınalan təşkilatın VÖEN-i: 1300162621
Satınalan təşkilatın ünvanı: Parlament prospekti 3
Satınalma predmeti: Azərbaycan Ordusunun Kəlbəcər zonasında yerləşən hərbi hissələrinin şəxsi heyətinin camaşırlarının yuyulması xidmətinin satın alınması.
ÜSL kod (kateqoriya): 98311000-6 Camaşırxana kolleksiya xidmətləri,
Müsabiqənin başlama tarixi və vaxtı: 27.04.2023 10:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 19.05.2023 10:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 30.05.2023 17:00
Zərflərin açılış tarixi və vaxtı: 31.05.2023 10:00
Çatdırılma yeri - Müdafiə Nazirliyi
Xidmətlərin göstərilməsi 2023-cü il ərzində həfətlik olaraq hissə-hissə həyata keçirilməlidir
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Vüqar Abbasov, Tender komissiyasının üzvü
Email: [email protected]
Əlaqə telefonu: 012-539-80-60
Xidmətin göstərilməsi üçün tələb olunan nəqliyyat vasitəsinin növü və işçi qüvvəsinin tərkibi “İcraçı” tərəfindən müəyyənləşdirilir. Çirkli camaşırlar İcraçı tərəfindən hər həftətədə 1 (bir) dəfədən az olmayaraq hərbi hissələrdən təhvil alınaraq yuyulma məntəqəsinə çatdırılır. Yuyulmuş camaşırlar, 5-10 ədəd və ya dəst olmaqla müvafiq standartlara uyğun ütülənib qatlanaraq, hərbi hissənin nömrəsi göstərilməklə, polietilen kisələrə qablaşdırılmalıdır. Camaşırların daşınması böyuk həcmli, “Çirkli” və ya ”Təmiz” sözləri ilə markalanmış xüsusi kisələrdə həyata keçirilməlidir və aidiyyəti hərbi hissələrə təhvil verilməlidir.
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması.
Satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması haqqında sənəd.
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması.
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin,habelə işlərini idarə edənlərin,qulluqçularının peşəkar fəaliyyətləri,yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması,yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi.
Sahibkarlıq subyektinin bölgüsü haqqında arayış
Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması.
İddiaçının Nizamnaməsi (iddiaçı fiziki şəxs olmadığı halda).
Malgöndərənin (podratçının) vergi uçotunda olduğunu təsdiq edən sənədin və kommersiya qurumunun dövlət reyestrindən çıxarışının surəti.
Rekvizitlər.
Müqaviləni imzalamaq hüququ olan şəxsin şəxsiyyətini müəyyən edən sənədin (şəxsiyyət vəsiqəsinin) surəti.
Maliyyə vəziyyəti haqqında bank arayışı
İxtisas göstəriciləri:
Malgöndərənin müvafiq sahədə peşəkarlığı və təcrübəsi