Müdafiə Nazirliyi "Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsi üçün xüsusi vasitələrin və müşahidə kameralarının satın alınması" ilə bağlı açıq tender elan edir.
FED.az xəbər verir ki, tenderdə iştirak haqqı 100 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 1300162621
Satınalan təşkilatın ünvanı: Parlament prospekti 3
Müsabiqənin başlama tarixi və vaxtı: 20.04.2023 10:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 15.05.2023 10:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 23.05.2023 17:00
Zərflərin açılış tarixi və vaxtı: 24.05.2023 10:00
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) -Vüqar Abbasov, Tender komissiyasının üzvü
Email: [email protected]
Əlaqə telefonu: 012-539-80-60
№ | Başlıq | Açıqlama | Miqdar | Ölçü vahidi |
---|---|---|---|---|
1 |
Hərbi yol polisi avtomobilləri üçün sayrışan işıq |
Hərbi yol polisi avtomobillərinin damına quraşdırılması üçün uzunluğu 114 sm və ya 123 sm qırmızı, mavi, kəhrəba, yaşıl və ağ rəngli güc LED-ləri olan, 10,5 VDC-30 VDC arasında işləmə gərginliyinə malik, çoxlu flaş nümunəli, aşağı empedanslı neodim maqnitləri olan güclü səs gücləndiricilər ilə təchiz olunan və paslanmayan materialdan olmalıdır. |
10 |
ədəd |
2 |
Rezin dəyənək |
Yüksək keyfiyyətli qara rəngli anti-çevik rezindən hazırlanmış, uzunluğu 600-800 mm-dək, çəkisi 710-810 qr olmalı, qırılması asan olmayan və yaxşı genişlənmə keyfiyyətinə malik olmalıdır. |
30 |
ədəd |
3 |
Əl qandalı |
Nikel karbon poladdan hazırlanmış açarlı, çəkisi 280-350 qr-dək, uzunluğu isə 22-25 sm-dək olmalıdır. |
17 |
ədəd |
4 |
Göz yaşardıcı qaz (bibər qazı) |
Özünü müdafiə etmə təyinatlı, yüksək tutumlu, çəkisi 105-200 qr-dək, sprey məsafəsi 3-4 m-dək, effektiv sprey müddəti isə 2-4 saatadək olmalıdır. |
10 |
ədəd |
5 |
Qalxan (qoruyucu şit) |
Hərbi Taktiki Təhlükəsizlik təyinatlı, güclü zərbələrə dözə bilən alüminium xəlitəli, üzünluğu 900x500 mm, çəkisi 3.2-5 kq-dək, visor qalınlığı isə 2-3 mm-dək olmalıdır. |
15 |
ədəd |
6 |
Daxili müşahidə kamerası |
Növü: Daxili müşahidə üçün 2 meqapiksellik və daha yüksək HDCVI kamera; Lens növü: sabit; Həssaslıq: 0,02 lx / F1,9, 30IRE, IR ilə 0 lx; Baxış bucağı: üfüqi olaraq 87,5°- 90°-dək; Matris: 1/2,7" - 2 MP CMOS və ya dah çox; 1080p-də 25 fps dəyişdirilə bilən HD və SD çıxışlı; IR işıqlandırma: 20 metr və daha çox; Arxa işığın infraqırmızı işıqlandırma diapazonu: 20 m və daha çox; Siqnalın səs-küy nisbəti; 65 dB və daha çox; Kameranın korpusu nəmdən qorunma üçün metal olmalıdır. Rahat çəkiliş mövqeyini təmin etmək üçün kamera üç müstəvidə köçürülə və tənzimlənə bilən olmalıdır. |
10 |
ədəd |
7 |
Xarici (çöl) müşahidə kamerası |
Növü: Xarici (çöl) müşahidə üçün 2 meqapiksellik və daha yüksək HDCVI kamera; Lens növü: sabit; Həssaslıq: 0,02 lx / F1,9, 30IRE, IR ilə 0 lx; Baxış bucağı: üfüqi olaraq 87,5°- 90°-dək; Matris: 1/2,7" - 2 MP CMOS və ya dah çox; 1080p-də 25 fps dəyişdirilə bilən HD və SD çıxışlı; IR işıqlandırma: 20 metr və daha çox; Arxa işığın infraqırmızı işıqlandırma diapazonu: 20 m-dir və daha çox; Siqnalın səs-küy nisbəti: 65 dB; Kameranın korpusu nəmə qarşı qorunma üçün metal olmalıdır. Rahat çəkiliş mövqeyini təmin etmək üçün kamera üç müstəvidə köçürülə və tənzimlənə bilən olmalıdır. |
10 |
ədəd |
8 |
CAT-6 kabeli |
Müşahidə kameralarının quraşdırılması üçün |
2.000 |
m |
9 |
Monitor |
27.0 inch Display (HDMİ, DisplayPort, FHD, LED-Backlit LCD TFT, reaksiya müddəti 8 ms, 81 ppi, parlaqlıq 300 nit, kontrast 3000:1, monitor PC uyğunluğu nəzərə alınmalıdır) |
2 |
ədəd |
10 |
DVR |
4 kanal və 1 HDD kiçik ölçülü, effektiv, H.256 pro sıxılma texnologiyalı və 1080 p @ 15 kadr/ s-ə kodlaşdırma qabiliyyəti olmalıdır. |
2 |
ədəd |
11 |
Siqnalizasiya vasitəsi |
Qapı zəngi və ya həyəcan siqnalı kimi istifadə edilə bilən, qara və ya qırmızı rəngli metaldan hazırlanmış və elektrik cəryanı (220 V) ilə işləyə bilən olmalıdır. |
5 |
dəst |