Müdafiə Nazirliyi açıq tender elan edir.
FED.az xəbər verir ki, tenderdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Baytarlıq Laboratoriyasında ərzaq məhsullarının müayinəsi, Azərbaycan Ordusunun Kinologiya Mərkəzində və Quru Qoşunların tabeliyində olan hərbi hissələrdə saxlanılan xidməti itlərin sağlamlıqlarının qorunması məqsədilə qidalı mühitlərin, reaktivlərin, tibbi ləvazimatların və dərman preparatlarının satın alınması nəzərdə tutulur.
İştirak haqqı 100 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 1300162621
Satınalan təşkilatın ünvanı: Parlament prospekti 3
Müsabiqənin başlama tarixi və vaxtı: 18.04.2023 10:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 11.05.2023 10:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 19.05.2023 17:00
Zərflərin açılış tarixi və vaxtı: 22.05.2023 10:00
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Vüqar Abbasov, Tender komissiyasının üzvü
Email: [email protected]
Əlaqə telefonu: 012-539-80-60