“İctimai Səhiyyə və İslahatlar Mərkəzi” publik hüquqi şəxsi tərəfindən elan olunmuş tender müsabiqəsi ləğv edilib.
“Bakı Metropoliteni” Rusiya şirkətinə yarım milyonluq - SİFARİŞ VERDİ
FED.az xəbər verir ki, sözügedən tender “Azərbaycanda palliativ qayğı üzrə informasiya resurslarının inkişafı, təkmilləşdirilməsi, modernləşdirilməsi və www.saglamliq.isim.az portalının mobil tətbiqlə inteqrasiyası” ilə bağlı olub.
Tender prosedurunun ləğv edilməsinə nəzarət orqanının qərarı əsas göstərilib. Tenderin ehtimal olunan dəyəri 80 000 manat təşkil edirdi.
Satınalma müsabiqəsinin ilkin elanı 16 may 2025-ci il tarixində saat 11:57-də yayımlanmış, iştirakçıların təkliflərini təqdim etməsi üçün son tarix isə 12 iyun 2025-ci il saat 11:00 olaraq müəyyən edilmişdi. Elə həmin gün zərflərin açılması da planlaşdırılırdı.
Layihə çərçivəsində www.saglamliq.isim.az portalının funksional imkanlarının artırılması, palliativ qayğı sahəsində informasiya resurslarının strukturlaşdırılması və istifadəyə rahat mobil tətbiqlə inteqrasiyası nəzərdə tutulurdu. Lakin bu təşəbbüs nəzarət orqanı tərəfindən dayandırılıb və tender ləğv edilib.