“Bakı Metropoliteni” QSC metronun əsas xətlərində enerji təchizatı ilə bağlı iri həcmli satınalma prosesini yekunlaşdırıb.
Metropoliten genişləndirilir: 35 milyona yeni tunellər və stansiyalar yaradılır
FED.az xəbər verir ki, tender Bakı metropoliteninin Qırmızı və Yaşıl xətlərinin dartı şəbəkəsinin enerji təchizatı sisteminin elektrotexniki hesabatının hazırlanması üzrə işləri əhatə edir.
Tenderin qalibi “Rusiya Nəqliyyat Universiteti” Federal Dövlət Muxtar Ali Təhsil Müəssisəsi (RNU, MİİT) (VÖEN: 7715027733) olub.
Qalib şirkətlə bağlanan müqavilənin ümumi dəyəri 548 158 manat təşkil edir.
Qeyd edək ki, bu müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməmişdir (elektron satınalma deyil).