Bugünkü qüvvədə olan dövlət satınalmaları haqqında qanun ölkəmizin iqtisadi inkişafını tətikləyir.
"Maliyyə hesabatı verməyən şirkətlərin tenderi ləğv olunub"
FED.az xəbər verir ki, bu barədə Təchizat Zənciri Liderləri Zirvəsində “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktor müşaviri Zahid Vəliyev deyib.
Bugünkü qanun keçmiş qanunların daha da təkmilləşdirilmiş formasıdır. Rəqabətin artırılmasına yönəlib. Qanun istər satln alan təşkilatlara, istər sahibkarlara inkişaf üçün yeni bir yol açır. Qəbul olunmuş qanun elə bir şərait yaradır ki, şəffaflığın təmin olunmasına dair bir şübhə yaranmır. Bu qanunun qəbul edilməsi iqtisadiyyatımızın daha da inkişafına töhfə verəcək.
MTK-ların tenderdə iştirak etmək səlahiyyəti yoxdur.
"Bu onunla əlaqədardır ki, MTK-ların əsasnaməsinə görə onlar öz işini başa çatdırdıqdan 6 ay ərzində tikdiyi binanı Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin idarəçiliyinə verməlidirlər" - deyə Zahid Vəliyev əlavə edib.
MİDA tərəfindən keçirilən tenderlər açıq tender yolu ilə həyata keçirilir
"Bu günə kimi bütün tikintilərimiz tender vasitəsilə həyata keçirilib. Həmin tender açıq üsulla aparılıb. Bu zaman Agentlik olaraq əsas qayəmiz şəffaflıq və rəqabət mühitinin təmin etmək olub Tenderlərimizdə 7-8, hətta Füzuli yaşayış kompleksi tikintisində 18-19 podratçı iştirak edib. Tenderlərdə şəffaflığın və rəqabətin təmin olunmasını yerinə yetiririk". - deyə direktor müşaviri bildirib