Yeni satınalmalar qanuna əsasən etibarsız təchizatçı reyestri yaradılıb.
Bu şəxslər satınalma komissiyasının üzvü ola bilməzlər - RƏSMİ
FED.az xəbər verir ki, bu barədə Təchizat Zənciri Liderləri Zirvəsində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli bildirib.
Onun sözlərinə görə, etibarsız təchizatçı reyestrinə 9 şirkət bu ilin əvvəlindən düşüb. 3 aydan 3 ilə qədər həmin təchizatçılar dövlət satınalmalarında iştirak edə bilməcəyəcəklər. Özəllərdə iştirak edə bilərlər, amma dövlət satınalmalarında iştirak edə bilməzlər.
2023-cü ildə tenderlərdə orta iştirakçı sayı 3.9 olub.
"Biz istəyirik ki, tenderdə iştirakçı sayı çox olsun. Orta iştirakçı sayı 4-ə yaxınlaşmasına baxmayaraq bizim azad olunmuş ərazilərdə bir çox hallarda müsabiqələrdə 12-dən 17-yə qədər iştirakçı iştirak edir. Bu çox sevindirici haldır, bu həmin ərazilərdə tender prosesinin şəffaf aparılmasından xəbər verir" -deyə Məmməd Abbasbəyli elavə edib.
O bildirib ki, Rəqabət Məcəlləsi keçən ilin dekabr ayında imzalandı və bu ilin iyul ayından qüvvəyə minəcək. Rəqabət məcəlləsi Azərbaycanda ilk dəfə ictimai dinləmə prosesindən keçdi. 1 iyuldan Rəqabət Məcəlləsi qüvvəyə minəcək.
İqtisadiyyatımızın rəqabətli olmaldıır. Bizim iqtisadiyyatımız dünya miqyasında rəqabətçil olmaldıır. Bunun üçün bizim sahibkarlarımız böyüməlidir.
"Bu il ərzində tenderlərinin ləğv olunmasının əsas səbəbi tenderdə şirkətlərin iştirak forması ilə əlaqəlidir. Şirkətə yaxşı təklif verib, amma lazım olan formal tələblərə uyğun gəlmir. Misal üçün, şirkət yaxşı təklif verib, ama şirkətin maliyyə hesabatı yoxdur. Maliyyə hesabatı verə bilməyən şirkət dövlət qurumunun tender işlərini nə dərəcədə yerinə yetirə bilər" - deyə Məmməd Abbasbəyli bildirib.