"MİDA" Məhdud Məsuliyyətli Cəmiyyəti Şəmkir şəhərində 5,76 ha torpaq sahəsində yaşayış kompleksinin layihələndirilməsi məqsədilə keçirdiyi tenderin nəticəsini açıqlayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderin qalibi "ERA Design Group" Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib.
Qalib şirkətlə 597 670 manat məbləğində müqavilə bağlanıb. Qeyd edək ki, tenderin ehtimal olunan qiyməti 854 291 manat təşkil edirdi.
Məlumat üçün bildirək ki, "ERA DESIGN GROUP" MMC bundan əvvəl Naxçıvan MR Təhsil Nazirliyinin keçirdiyi iki tenderin də qalibi olub. Şirkət Naxçıvan şəhərində 1000 şagird yerlik məktəbin layihə-smeta sənədlərinin hazırlanması üçün 99 828 manatlıq, 650 şagird yerlik məktəb və 315 yerlik bağçanın layihələndirilməsi üçün isə 103 132 manatlıq müqavilələr imzalayıb.












