Minatəmizləmə Agentliyi modul tipli bazalar qurmaq üçün inventar və avadanlıqlarla təchiz edilmiş konteynerlərin alınması, Zəngilandakı bazasının genişləndirilməsi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
Eləcə də bax: "Azərsu" 163 500 manatlıq avtomobillər alır - TENDERİN NƏTİCƏSİ
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, dövlət satınalmalarının vahid internet portalında verilən məlumata görə, tenderin qalibi "Ekoservis-A" MMC-dir.
Qalib şirkətə 1,381 milyon manat ödəniləcək.